EN

Rusiyanın İstanbul danışıqlarındakı nümayəndə heyəti dəyişə bilər

BAKI, 7 iyul. TELEQRAF

İstanbul danışıqlarında Rusiya tərəfinin üzərinə düşən vəzifələr dəyişərsə, o zaman qrupun tərkibinin də dəyişməsi mümkündür.

Teleqraf xəbər verir ki, Dövlət Dumasının deputatı Leonid İvlev TASS-a açıqlamasında belə deyib.

L.İvlevin sözlərinə görə, hazırkı danışıqlar qrupu hazırda bütün vəzifələrin öhdəsindən gəlir və onun tərkibi yaxşı balanslaşdırılmışdır. Lakin gələcəkdə Rusiya prezidenti Vladimir Putin onu dəyişdirmək qərarına gələ bilər: "Bunlar müasir informasiyaya, dünya siyasətində təcrübəyə, biliyə malik, Ukraynanı bilən insanlardır. Yeni vəzifələr olacaqsa, qrupda dəyişiklik də mümkündür. Amma buna prezident qərar verir".

Chosen
22
50
teleqraf.com

10Sources