EN

Milyonlarla il əvvəl Yer yaşamaq üçün yararsız hala düşüb: Səbəb nə olub?

Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Təxminən 252 milyon il əvvəl Yer üzündəki canlıların əksəriyyəti məhv olub. Bu hadisə "perm-trias kütləvi qırılması" və ya "Böyük məhv" kimi tanınır və Yer tarixindəki ən dağıdıcı bioloji yoxolma dalğası hesab olunur. Son araşdırmalar bu faciənin səbəbini müəyyənləşdirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "DailyGalaxy" məlumat yayıb.

Perm-trias dövründə baş verən bu kütləvi yoxolma paleozoy erasının sonunu qeyd edib və dəniz növlərinin 94 faizinin, quru onurğalılarının isə 70 faizinin məhvinə səbəb olub. Həmin dövrdə Yer üçün həyati əhəmiyyət daşıyan tropik meşələr də ciddi şəkildə sıradan çıxıb. Yeni tədqiqat bu qlobal ekoloji fəlakətə nəyin səbəb olduğunu göstərir.

Alimlər müəyyən ediblər ki, "perm-trias kütləvi qırılması"na indiki Sibir ərazisində baş verən güclü vulkan püskürməsi səbəb olub. Bu püskürmə nəticəsində atmosferə böyük miqdarda ərimiş süxurlar və karbon qazı atılıb. İfraz olunan istixana qazları Yerdə sürətli qlobal istiləşməyə səbəb olub və planetin səthində temperatur 6–10 °C yüksəlib. Çevrə bu qədər sürətlə dəyişdiyi üçün bir çox canlı növü uyğunlaşa bilməyib və bu da onların məhvinə gətirib çıxarıb.

Qeyd olunur ki, tarix boyunca bir sıra vulkan püskürmələri qlobal iqlimə təsir edib, lakin adətən bu dəyişikliklər 100 min – 1 milyon il ərzində öz tarazlığını bərpa edib. Lakin perm-trias dövründə temperatur təxminən 5 milyon il ərzində yüksək olaraq qalıb ki, bu da digər hadisələrlə müqayisədə çox uzun bir müddətdir.

Yeni tədqiqatın əsas nəticələrindən biri Yer üzündə tropik meşələrin karbon dövriyyəsinin tənzimlənməsində nə qədər mühüm rol oynadığını ortaya qoyub. Qat-qat torfla zəngin olan bu sıx bitki örtüklü meşələr atmosferdən karbon qazını udaraq iqlimin sabitliyinə kömək edirdi. Lakin temperaturun sürətlə artması nəticəsində bu meşələr məhv olub. Fosil qalıqları sübut edir ki, vaxtilə həyatla dolu olan bu ərazilər tamamilə boş qalıb.

Meşələrin itirilməsi kritik nəticələrə səbəb olub. Çünki bitkilər atmosferdəki karbon qazının təmizlənməsi üçün həyati əhəmiyyət daşıyır. Meşələrin yoxluğu Yer üzündə üzvi karbon dövriyyəsinin effektivliyini ciddi şəkildə zəiflətdi və bu da planetin özünü bərpa etməsinə mane oldu. Nəticədə Yer uzunmüddətli istixana şəraitində ilişib qaldı.

Tədqiqat göstərir ki, bu dövrdən sonra Yer üzərində maksimum 20 santimetr hündürlüyündə olan alçaq bitkilər üstünlük təşkil etməyə başlayıb. Bu bitkilər karbon qazını udmaq baxımından əvvəlki meşə ekosistemlərindən qat-qat zəif idilər.

Yerin bərpa prosesi son dərəcə ləng olub. Hündür bitkilər təxminən 5 milyon il ərzində yenidən ortaya çıxsa da, onların atmosferdəki karbon qazını tənzimləmə qabiliyyəti əvvəlki meşələrlə müqayisədə xeyli aşağı səviyyədə qalıb.

Tədqiqatçılar SCION adlanan yeni karbon dövriyyəsi modelindən istifadə edərək müəyyən ediblər ki, Yer atmosferindəki istixana təsiri meşələrin məhvi nəticəsində kəskin şəkildə zəifləmiş ilkin ekosistem məhsuldarlığı səbəbindən uzun müddət davam edib. Yalnız bitkilər karbon qazını yenidən udmağa başladıqdan sonra iqlim sabitləşməyə doğru gedib.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
5
qaynarinfo.az

10Sources