
Psixologiyada belə bir anlayış var — simbiotik dinamika. Bu zaman tərəflərdən biri münasibətlər sahəsini “zəbt edir”: hər şeyi nəzarətdə saxlayır, xilas edir, xatırladır, qərar verir. Digəri isə uşaq mövqeyinə sürüşür: “Sən ağıllısan, sən qərar ver”. Bu kənardan qayğı kimi görünür, amma əslində bu – bərabər olmayan bir ittifaqdır. Burada bir tərəf inkişafdan dayanır, o biri isə tükənir.Bəzən qadınlar münasibətlərdə özlərini o qədər məsuliyyətli, qayğıkeş hiss edirlər ki, fərqinə varmadan həyat yoldaşlarına ana kimi davranmağa başlayırlar. Onun yerinə qərar verirlər, işlərini xatırladırlar, nə etməli olduğunu deyirlər, hətta emosional ehtiyaclarını belə tənzimləməyə çalışırlar. Bu isə təhlükəli bir psixoloji modelə — “simbiotik dinamika”ya çevrilir.Bu vəziyyətin nəticələri nə ola bilər?Qadın tükənir – çünki hər şeyin yükü onun üzərində olur: həm ev, həm münasibətlər, həm qərarlar. Bu, emosional yanmaya (burnout) gətirib çıxarır.Kişi inkişafdan qalır – çünki onun yerinə düşünən, qərar verən biri var. O, məsuliyyətdən uzaqlaşır, passivləşir və münasibətdə uşaq mövqeyinə keçir.Romantik münasibət pozulur – çünki ana-oğul modeli olan yerdə sevgi və bərabərlik uzunmüddətli qala bilmir. Cazibə yox olur, qadın “qayğıverən ana” olur, kişi isə “tənbəl oğul”.Nə etməli?Rolları paylaşın. Münasibətdə hər iki tərəf məsuliyyət daşımalıdır. Qərarlar birgə verilməlidir.Özünü izləməyi öyrən. Hər şeyi nəzarətə almaq istədikdə özündən soruş: “Mən indi partnerəm, yoxsa ana?”Əməkdaşlıq ruhunu qoruyun. Münasibət ortaqlıqdır, valideynlik deyil.Ulusum.az
Diqqət Çəkənlər
İsmayıllının sarı möcüzəsi: Günəbaxanlar diyarı - FOTO - VİDEO
ColognePride 2025: CSD paradı Köln küçələrini bəzəyir - FOTO
İranın ali dini lideri müharibədən sonra ilk dəfə göründü - VİDEO