Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Son 24 saat ərzində azı 78 fələstinli İsrailin Qəzza zolağına endirdiyi hava zərbələrinin qurbanı olub.
APA xəbər verir ki, bu haqda Qətərin Əl-Cəzirə telekanalı məlumat verib.
Telekanalın məlumatında həmçinin qeyd olunub ki, son bir neçə həftə ərzində Qəzza zolağında 700-dən çox fələstinli ərzaq yardımı almağa çalışarkən öldürülüb, 4800-dən çox insan isə yaralanıb.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, ümumilikdə, İsrail və Qəzza arasındakı müharibədə 57,3 mindən çox insan həlak olub, 136 minə yaxın insan isə yaralanıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.