Pakistanın Kəraçi şəhərində 5 mərtəbəli binanın çökməsi nəticəsində həyatını itirənlərin sayı 27-yə yüksəlib.
Xalqcebhesi.az "Dawn" qəzetinə istinadən xəbər verir ki, rəsmilər Kəraçidə 4 iyul Cümə günü çökmüş binanın dağıntıları altında axtarış-xilasetmə işlərinin davam etdiyini bildiriblər.
Rəsmilər ölənlərin sayının 27-yə çatdığını, çox sayda insanın hələ də dağıntılar altında olduğunu qeyd ediblər.
Kəraçidə 1974-cü ildə inşa edilmiş və daha əvvəl “təhlükəli” kimi təsnif edilən bu 5 mərtəbəli bina 4 iyulda çökmüşdü.
Hadisə ilə bağlı istintaq başladılıb.
Pakistan Prezidenti Asıf Əli Zərdari və Baş nazir Şahbaz Şərif insan tələfatı ilə bağlı dərin kədər hissi keçirdiklərini ifadə ediblər.
Məryəm Quliyeva