
Son 24 saatda İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 78 fələstinli həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilib ki, İsrail qüvvələri son 24 saat ərzində Fələstin anklavını bombalamağa davam edib və nəticədə 78 nəfər ölüb.
“Son bir neçə həftə ərzində Qəzza zolağında 700-dən çox fələstinli ərzaq yardımı almağa çalışarkən öldürülüb. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail hakimiyyəti tərəfindən ABŞ-nin iştirakı ilə yaradılan Qəzza Humanitar Fondunun (GHF) paylama məntəqələrində yardım axtararkən 743 yerli sakin həlak olub, 4800-dən çox insan yaralanıb,” – telekanalın məlumatında deyilir.