Bakı. Trend:
İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ qeydəalınıb.
Trend xəbər verirki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumatyayıb.
Yeraltı təkanların episentri İndoneziyanın Sumatra adasındayerləşən, təxminən 250 min əhalisi olan Banda Açe şəhərindən 90kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometrdərinlikdə yerləşib.
Hazırda tələfat və dağıntılar barədə məlumat verilmir. Həmçininsunami təhlükəsi elan edilməyib.