BAKI, 6 iyul. TELEQRAF
İndoneziya sahillərində 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 250 min əhalisi olan Banda Açe şəhərindən 90 km şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı yerin 10 km dərinliyində qeydə alınıb.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.