Bu gün klublararası dünya çempionatında son 2 yarımfinalçı müəyyənləşib.
QOL.az xəbər verir ki, 1/4 finalda Fransa PSJ-si Almaniya "Bavariya"sı ilə qarşılaşıb. Görüş Paris təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər oyunda isə İspaniya "Real"ı Almaniya "Borussiya"sı (Dortmund) ilə üz-üzə gəlib. Bu matçda "Real" 3:2 hesablı qələbə qazanıb.
Nəticədə PSJ və "Real" yarımfinala yüksəliblər. Onlar bu mərhələdə bir-birləri ilə qarşılaşacaqlar. Digər 1/2 final matçında isə "Çelsi" "Fluminense" ilə oynayacaq.
Xatırladaq ki, turnirə iyulun 13-dəki final görüşü ilə yekun vurulacaq.
Klublararası dünya çempionatı, 1/4 final
20:00. PSJ (Fransa) - “Bavariya) (Almaniya) - 2:0
Qollar: Due, 78, Dembele, 90+6
Qırmızı vərəqələr: Paço, 82, Ernandez, 90+2 (hər ikisi PSJ)
00:00. “Real (Madrid, İspaniya) - “Borussiya” (Dortmund, Almaniya) - 3:2
Qollar: Qonzalo Qarsiya, 10, Fran Qarsiya, 20, Mbappe, 90+4 - Beyer, 90+2, Girassi, 90+8-pen.
Qırmızı vərəqə: Haysen, 90+6
Yarımfinal
8 iyul
23:00. "Fluminense" (Braziliya) - "Çelsi" (İngiltərə)
9 iyul
23:00. PSJ (Fransa) - “Real (Madrid, İspaniya)
Final
13 iyul
"Fluminense" (Braziliya) - "Çelsi" (İngiltərə) / PSJ (Fransa) - “Real (Madrid, İspaniya)