AZ

Vurduğu qolu Jotaya həsr etdi - Foto

“Real Madrid”in ulduzu Kilian Mbappe klublararası dünya çempionatının 1/4 finalında Dortmund “Borussiya”sının qapsına vurduğu qolu “Liverpul”un avtomobil qəzasında dünyasını dəyişən hücumçusu Dioqo Jotaya həsr edib.

“Qafqazinfo” xəbər verir ki, fransalı forvard qoldan sonra əli ilə Jotanın forma nömrəsini – 20-ni göstərib.

Qeyd edək ki, Madrid təmsilçisi Dortmund klubunu 3:2 hesabı ilə məğlub edərək klublararası dünya çempionatının yarımfinal mərhələsinə yüksəlib.

Xatırladaq ki, Dioqo Jota iyulun 3-də avtomobil qəzasına düşüb. Faciədə futbolçu ilə yanaşı, qardaşı da dünyasını dəyişib.

İyulun 5-də Jota və qardaşı Andre Silvanın dəfn mərasimi keçirilib.



Seçilən
22
16
qafqazinfo.az

10Mənbələr