AZ

Mundialın bombardirləri - "Real"ın yeni ulduzu və digərləri

Anxel Di Maria ("Benfika"), Qonsalo Qarsia ("Real Madrid"), Serhu Girassi ("Borussiya Dortmund") və Markos Leonardo ("Əl-Hilal") hərəyə 4 qolla yarımfinal ərəfəsində klublararası dünya çempionatının ən məhsuldar futbolçularıdır.

İdman.biz xəbər verir ki, bu oyunçulardan üçü artıq mundialda çıxışını başa vurub.

Onlardan yalnız Qonsalo Qarsia qalan oyun və ya oyunlarda öz göstəricisini yaxşılaşdırmaq imkanına malikdir. "Real"ın yeni ulduzu - 21 yaşlı ispaniyalı forvard klublararası dünya çempionatında keçirdiyi beş matçın hamısında məhsuldar hərəkətlə yadda qalıb: 4 qolla yanaşı onun hesabında 1 məhsuldar ötürmə də var.

Qeyd edək ki, iyulun 9-da saat 23:00-da başlayacaq yarımfinal oyununda "Real"ın rəqibi UEFA Çempionlar Liqasının qalibi PSJ olacaq.

İdman.biz

Seçilən
17
50
idman.biz

10Mənbələr