EN

Klublararası dünya çempionatı: Real Madrid Borussiya Dortmund oyununda qol yağışı

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Klublararası Dünya Çempionatının 1/4 final mərhələsi çərçivəsində keçirilən "Real Madrid" - "Borussiya Dortmund" matçı başa çatıb.

Oxu.Az xəbər verir ki, oyunda sevinən tərəf kral klubu olub. Rəqibinin qapısından ilk hissədə 2 top keçirən "Real Madrid" oyunun sonuna qədər ciddi müqavimətlə üzləşməyib. İlk hissədə qolları 10 və 20-ci dəqiqələrdə Qarsia vurub.

Amma ikinci hissənin son dəqiqələrində əsl şou başlayıb. 90+3-cü dəqiqədə "Borussiya Dortmund"un heyətində Beyer uğur qazanıb. Bundan 1 dəqiqə sonra Mbappe kral klubunun üçüncü qolunu vurub. 90+9-cu dəqiqə isə "Borussiya Dortmund"un heyətində Seru Girassi penalti zərbəsindən fərqlənib - 3:2.

Yarımfinal matçında "Real Madrid" PSJ ilə qarşılaşacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
50
oxu.az

10Sources