ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.
Azərbaycanın basketbol üzrə 18 yaşadək qızlardan ibarət millisi ilk dəfə iştirak etdiyi Avropa çempionatının B divizionunda ikinci oyununu keçirib.
Fanat.Az xəbər verir ki, millimiz bu dəfə Ukrayna ilə qarşılaşıb.
Görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 78:65.
U-18 qrupda növbəti matçını sabah Litva yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk oyununda Bosniya və Herseqovina yığması üzərində 83:81 hesablı qələbə qazanıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.