Azərbaycanın basketbol üzrə qızlardan ibarət U-18 millisi Avropa Çempionatının B divizionunda üçüncü oyununu keçirib.
Rekord.az xəbər verir ki, qızlarımız qrup mərhələsinin üçüncü turunda Litva yığması ilə görüşüblər.
Komandamız bu oyunda 31:82 hesabı ilə məğlub olub.
Millimiz daha öncə Ukrayna yığmasına da 65:78 hesabı ilə məğlub olmuşdu. İlk turda isə basketbolçularımız Bosniya və Herseqovina yığması üzərində 83:81 hesablı qələbəyə sevinmişdilər.
Millimizin qrupda növbəti oyunu 8 iyul saat 14:00-da İslandiya seçməsinə qarşı olacaq.