EN

Şirvanda qanvermə aksiyası

İyulun 5-də Aşura günü münasibətilə Şirvan şəhər məscidində könüllü qanvermə aksiyası təşkil olunub.

Şirvan Şəhər İcra Hakimiyyətindən mətbuata verilən məlumata görə, səhər saatlarından başlayan aksiyada həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq vəziyyəti əvvəlcədən yoxlanılıb, müvafiq tibbi müayinədən sonra onlardan qan götürülüb. Toplanan qan ehtiyatı yoxlanıldıqdan sonra talassemiya, hemofiliya və leykoz kimi xəstəliklərdən əziyyət çəkən şəxslər üçün istifadə olunacaq.

XQ

Chosen
51
30
xalqqazeti.az

10Sources