Şimali İraqda axtarış əməliyyatları zamanı 19 Türkiyə hərbçisi zəhərlənib.
Operativ Media xəbər verir ki, zəhərlənənlərdən 5 hərbçi şəhid olub.
Tükiyənin Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir: “28 may 2022-ci il tarixində "Pəncə-Kilit" əməliyyatı çərçivəsində həyata keçirilən mağara axtarış və təmizləmə əməliyyatı zamanı zabitimiz terrorçular tərəfindən açılan atəş nəticəsində şəhid olub.
Ərazi nəzarətə götürülüb, terrorçular zərərsizləşdirilib, lakin bütün axtarışlara baxmayaraq, şəhidimizin meyitini hələ də tapmaq mümkün olmayıb.
Əməliyyat-axtarış tədbirləri zamanı meyitin tapılacağı bütün ərazilər xüsusi yaradılmış qruplar tərəfindən diqqətlə yoxlanılır.
Davam edən axtarış fəaliyyətləri çərçivəsində 6 iyul 2025-ci il tarixində daha əvvəl xəstəxana kimi istifadə edildiyi bilinən və terrorçulardan təmizlənmiş ərazidə -852 metr hündürlükdə olan mağarada aparılan axtarış əməliyyatı zamanı 19 əməkdaşımız metan qazından zəhərlənib. Dərhal xəstəxanaya çatdırılan hərbçilərimizdən beşi şəhid olub”.