AZ

Serbiyada İcazəsiz etiraz aksiyalarında 107 nəfər saxlanılıb

Serbiya polisi iyulun 5-də icazəsiz etiraz aksiyalarında 107 nəfəri saxlayıb, 2 nəfər xəsarət alıb.

“7Times.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

“DİN əməkdaşları ötən gecə ərzində 1 130 nəfərin sənədlərini yoxlayıb. Ümumilikdə 107 nəfər saxlanılıb. İnsidentlər Belqrad və Zrenyanin şəhərlərində qeydə alınıb. Zrenyanində 2 nəfər yüngül xəsarət alıb”, – məlumatda bildirilib.

Report

Seçilən
19
50
7times.az

10Mənbələr