EN

Ronaldo Dioqo Jotanın dəfn mərasiminə niyə qatılmadı?

ain.az, Sportal.az portalına istinadən məlumat verir.

Kriştiano Ronaldo Diogu Jotanın dəfn mərasiminə qatılmayıb ki, mediada həddindən artıq səs-küy və ailəyə təzyiq yaranmasın.

Sportal.az xəbər verir ki, bu gün Qondomar şəhərində “Liverpul” və Portuqaliya millisinin hücumçusu Diogu Jota və onun avtomobil qəzasında həlak olan qardaşı Andre Silvanın dəfn mərasimi keçirilib.

Dəfn mərasimində iştirak edən futbolçular arasında Vircil van Deyk, Endryu Robertson, Corcan Henderson, Fabinyo, Tiaqo Alkantara, Ruy Patrisiu, Bernarduo Silva, Bruno Fernandeş, Joao Feliks, Joze Fonte, Renato Veqa, Rikardu və Andre Orta və digərləri olub. Joao Kanselu və Ruben Neves “Əl-Hilal”ın klublararası dünya çempionatında “Fluminense”yə məğlubiyyətindən dərhal sonra ABŞ-dan Portugaliyaya qayıdıblar. Diogu Jotanın qardaşının çıxış etdiyi Portuqaliya II liqası təmsilçisi “Penafiel”in futbolçuları tam heyətlə dəfnə qatılıb.

Mərasimdə iştirak edən məşqçilər və funksionerlər arasında Arne Slot, Fernandu Santuş, Nunu Eşpiritu Santu, Roberto Martines və Andre Vilyaş-Boaş da yer alıb.

"A Bola"nın məlumatına görə, Kriştiano Ronaldo mərasimə qəsdən qatılmayıb ki, mətbuatda mənfi ajiotaj yaranmasın və mərhumların ailəsinə əlavə təzyiq olmasın.

“Əl-Nəsr”in futbolçusu Jotanın yaxınları ilə daimi əlaqə saxlayır və bu qərarın məhz onlarla birlikdə qəbul edildiyi bildirilir. Məlumata görə, Ronaldo Jotanın valideynləri və həyat yoldaşı Rute ilə şəxsən danışaraq, həmişə onların yanında olacağını bildirib.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
26
13
sportal.az

10Sources