AZ

Jotanın dəfninə qatılmayan komanda yoldaşı gecə klubuna getdi

BAKI, 6 iyul. TELEQRAF

İngiltərənin “Liverpul” klubunun kolumbiyalı futbolçusu Luis Dias avtomobil qəzasında həlak olan komanda yoldaşı Dioqu Jotanın dəfnində iştirak etməyib.

Teleqraf xəbər verir ki, 29 yaşlı ulduz futbolçu və onun qardaşı Andre Silvanın dəfninə Portuqaliya yığması və “Liverpul”un bir çox futbolçusu qatılsa da, Diasın orada olmaması azarkeşlər atasında narazılığa səbəb olub.

Əvvəlcə onun Kolumbiyada istirahətdə olduğu güman edilsə də, sonra məlum olub ki, futbolçu həmin gün öz ölkəsində keçirilən məşhur influenserin özəl məclisində iştirak edib. Sosial şəbəkələrdə yayılan görüntülər “Liverpul” azarkeşlərinin və Portuqaliya ictimaiyyətinin sərt reaksiyasına səbəb olub.

Bəzi sosial media istifadəçiləri Diası müdafiə etməyə çalışaraq onun Kolumbiyada olduğunu və Portuqaliyaya səyahətin uzun zaman alacağını qeyd etsə də, bu izahlar inandırıcı sayılmayıb. Ruben Dias və Ruben Neveş ABŞ-da keçirilən dünta çempionatının oyunundan bir neçə saat sonra mərasimə qatılmaq üçün Portuqaliyaya gəliblər.

Daha öncə mərasimdə Kriştianu Ronaldunun da olmaması diqqət çəkib, lakin ulduz futbolçu sonradan mərhumun ailəsi ilə əlaqə saxlayaraq diqaəti üzərinə cəmləməmək üçün iştirak etmədiyini bildirib

Qeyd edək ki, Dioqu Jota 2023-cü ildə Luis Diasın atasının oğurlanması hadisəsində ona mənəvi dəstək göstərib. O, matçlardan birində qol vurduqdan sonra Diasın formasını qaldıraraq həmrəylik nümayiş etdirib.

Seçilən
9
41
teleqraf.com

10Mənbələr