EN

Yekaterinburqda saxlanılan Bakir Səfərova dərmanların verilməsinə icazə verildi

Yekaterinburqda həbs olunan azərbaycanlı Bakir Səfərovun dərman vasitələri ilə təmin olunmasına icazə verilib.

KONKRET.az xəbər verir ki, bu barədə onun qardaşı Seyfəddin Hüseynli məlumat verib. O bildirib ki, B. Səfərov yüksək təzyiqdən (hipertoniya) əziyyət çəkir və daimi olaraq dərman qəbul etməlidir. Onun sözlərinə görə, əvvəlcə B. Səfərov tibbi müayinədən keçirilməyib və müvafiq yardım göstərilməyib. Lakin Azərbaycanın məsələ ilə bağlı müdaxiləsindən sonra ona lazımi tibbi yardım göstərilib və dərmanların çatdırılmasına icazə verilib.

Natiq Səlim,
KONKRET.az

Chosen
36
50
konkret.az

10Sources