Bu gün səhər saatlarında Ukrayna ordusu Rusiyanın Moskva vilayətində yerləşən hərbi məqsədli kimya zavoduna dron hücumu həyata keçirib.
Bu barədə Rusiya ictimai kanallarında və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko məlumat verib.
Zərbə nəticəsində ərazidə partlayış səsləri eşidilib, yerli sakinlər sosial şəbəkələrdə dronların uçuşunu və partlayışların videolarını paylaşıblar.
Rusiya Müdafiə Nazirliyi bölgədə ümumilikdə 8 pilotsuz uçuş aparatının vurulduğunu iddia edib.