BAKI, 24 iyun. TELEQRAF
ABŞ-də təşkil olunan klublararası dünya çempionatında üçüncü yarımfinalçı müəyyənləşib.
Teleqraf xəbər verir ki, 1/4 final mərhələsinin növbəti oyununda Fransanın "Paris Sen-Jermen" (PSJ) klubu Almaniyanın “Bayern Münhen” klubunu 2:0 hesabı ilə məğlub edib.
Oyunda hesabı 78-ci dəqiqədə Desire Due açıb. 90+6-cı dəqiqədə fərqlənən Usman Dembele oyunda son nöqtəni qoyub. Görüşün 82-ci dəqiqəsində PSJ-nin heyətində Vilyam Paçu, 90+2-ci dəqiqəsində isə Lukas Ernandes birbaşa qırmızı vərəqə ilə cəzalandırılıblar.
PSJ-nin yarımfinaldakı rəqibi “Real Madrid” (İspaniya) - “Borussiya Dortmund” (Almaniya) gürüşünün qalibi olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.