EN

Azərbaycanın qızıl bazarında vəziyyət necədir?

Bakı.Trend:

Azərbaycanda məhərrəmlik ayı başlayıb. Bu ayda toy mərasimləriolmadığı üçün qızıl zinət əşyalarına maraq olmadığı üçün bu zinətbazarına da təsirsiz ötüşmür.

Mövzu ilə bağlı Trend-ə danışan Qiymətli metallar və qiymətli daşlarüzrə Texniki Komitənin sədri, Azərbaycan Zərgərlər Assosiasiyasınınİdarə Heyətinin sədrinin müavini Rövşən Əmircanov bildirib ki,Azərbaycanda qiymətli metallar və zərgərlik məhsulları bazarındaqiymətlərin formalaşmasına müxtəlif faktorlar təsir göstərir.

Araşdırmalar göstərir ki, qızılın qiyməti mövsümi və lokalmədəni təsirlərdən daha çox qlobal iqtisadi proseslərə bağlışəkildə dəyişir.

Onun sözlərinə görə, qızılın bir unsiyasının dünyabirjalarındakı qiyməti əsasən ABŞ və Çin kimi aparıcı ölkələrarasında baş verən iqtisadi münasibətlər, mərkəzi bankların qızılehtiyatlarına dair qərarları, faiz siyasətləri, geosiyasi risklərvə investorların riskdən qaçma meyilləri fonunda formalaşır:

“Eyni zamanda, Yaxın Şərqdəki siyasi qeyri-sabitlik, enerjibazarlarında qeyri-müəyyənliklər və beynəlxalq valyuta dəyişkənliyidə qiymətlərin qlobal səviyyədə hərəkətinə təsir edən əsasamillərdəndir.

Məhərrəmlik ayı isə Azərbaycan daxilində qiymətli metalbazarının ticarət dövriyyəsinə mövsümi təsir göstərsə də, bu dövrqiymətlərin dəyişməsinə səbəb olmur. Qiymətlərdə kəskin artım və yaeniş müşahidə edilmir; qiymət dinamikası əsasən qlobal trendlərləmüəyyənləşir. Bu dövrdə yalnız alıcılıq fəallığı azalır, bazardanisbi durğunluq müşahidə olunur. Bu səbəbdən Məhərrəmlik ayı qiymətgöstəricilərindən çox ticarət dövriyyəsinə və satış həcmindəkimüvəqqəti azalmaya təsir edən faktor kimi qiymətləndiriləbilər”.

Zərgərlik bazarında mövsümi eniş: Məhərrəmlik ayısatışlara necə təsir edir?

R.Əmircanov qeyd edib ki, Azərbaycan Zərgərlər Assosiasiyasınınapardığı müşahidə və təhlillərə əsasən, ölkədə zərgərlikməhsullarının satışı əsasən toy mövsümünə bağlıdır:

“Toy və nişan mərasimlərində qızıl zinət əşyaları – xüsusilə dədəst komplektlər, qolbaq, sırğa, üzük və boyunbağı kimi məmulatlar– ənənəvi olaraq xüsusi yer tutur və bu mərasimlər satışların əsashəcmini müəyyənləşdirir.

Zərgərlik bazarında satışların strukturunda bu cür ailəvimərasimlərin əhəmiyyətli yeri olduğundan, onların azalması və yamüvəqqəti dayandırılması satış göstəricilərində ciddi eniş yaradır.Bu baxımdan, Məhərrəmlik ayı ən bariz mövsümi durğunluq dövrü kimiqeyd olunur. Bu müddətdə ictimai davranışlar və ailəvi tədbirlərinkeçirilməməsi fonunda zərgərlik məmulatlarına olan tələbat təqribən50–60% azalır”.

Müsahibimiz vurğulayıb ki, qeyd olunan eniş istehsal və satışsahəsində fəaliyyət göstərən sahibkarların dövriyyəsinə təsiretməklə yanaşı, sektorda ümumi iqtisadi aktivliyi də aşağısalır:

“Əsasən topdansatış və pərakəndə ticarətlə məşğul olanobyektlərdə bu dövrdə məhsul yenilənməsi və sifariş axınızəifləyir. Bununla belə, qiymət strategiyalarında ciddidəyişikliklər müşahidə olunmur. Satışın azalması daha çox davranışvə tələbatın təxirə salınması ilə izah olunur, qiymət azalması ilədeyil.

Maraqlı məqam odur ki, bu mövsümi enişin səbəbi sırf dini vəmədəni təqvimlə bağlı olsa da, onun iqtisadi nəticələri kifayətqədər ölçülə biləndir. Bazarda baş verən bu müvəqqəti passivlikdövrü planlama baxımından həm satıcıların, həm də istehsalçılarınnəzərə almalı olduğu bir mərhələdir”.

“Nəticə olara onu deyə bilərik ki, Azərbaycanda zərgərliksektorunun fəaliyyəti təkcə qlobal iqtisadi hadisələrdən deyil,eyni zamanda daxili sosial və mədəni faktorlarla da sıx şəkildəbağlıdır. Məhərrəmlik ayı bu baxımdan zərgərlik bazarında ənnəzərəçarpacaq mövsümi eniş dövrü kimi çıxış edir. Satışlarınazalmasına baxmayaraq, qiymətlər sabit qalır və bu da göstərir ki,qiymətli metallarla bağlı qiymət mexanizmi qlobal bazarın əsasgöstəricilərinə bağlı olaraq fəaliyyət göstərir.

Sektor iştirakçıları üçün belə dövrlərin düzgün planlanması vəstrateji hazırlıq tədbirlərinin görülməsi mühüm əhəmiyyət kəsbedir. Mövsümi eniş dövrləri həm də bazar üçün təhlil və yenidənqiymətləndirmə imkanı yaradır”-R.Əmircanov deyib.

Məqalədə:
Chosen
9
3
az.trend.az

10Sources