AZ

Azərbaycanın qızıl bazarında vəziyyət necədir?

Azərbaycanda məhərrəmlik ayı başlayıb. Bu ayda toy mərasimlərinin olmaması səbəbindən qızıl zinət əşyalarına maraq olmadığı üçün bu hal bazarlara da təsirsiz ötüşmür.

Publika.az xəbər verir ki, mövzu ilə bağlı Trend-ə danışan Qiymətli metallar və qiymətli daşlar üzrə Texniki Komitənin sədri, Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədrinin müavini Rövşən Əmircanov bildirib ki, Azərbaycanda qiymətli metallar və zərgərlik məhsulları bazarında qiymətlərin formalaşmasına müxtəlif faktorlar təsir göstərir.

Araşdırmalar göstərir ki, qızılın qiyməti mövsümi və lokal mədəni təsirlərdən daha çox qlobal iqtisadi proseslərə bağlı şəkildə dəyişir.

Onun sözlərinə görə, qızılın bir unsiyasının dünya birjalarındakı qiyməti əsasən ABŞ və Çin kimi aparıcı ölkələr arasında baş verən iqtisadi münasibətlər, mərkəzi bankların qızıl ehtiyatlarına dair qərarları, faiz siyasətləri, geosiyasi risklər və investorların riskdən qaçma meyilləri fonunda formalaşır:

"Eyni zamanda, Yaxın Şərqdəki siyasi qeyri-sabitlik, enerji bazarlarında qeyri-müəyyənliklər və beynəlxalq valyuta dəyişkənliyi də qiymətlərin qlobal səviyyədə hərəkətinə təsir edən əsas amillərdəndir.

Məhərrəmlik ayı isə Azərbaycan daxilində qiymətli metal bazarının ticarət dövriyyəsinə mövsümi təsir göstərsə də, bu dövr qiymətlərin dəyişməsinə səbəb olmur. Qiymətlərdə kəskin artım və ya eniş müşahidə edilmir; qiymət dinamikası əsasən qlobal trendlərlə müəyyənləşir. Bu dövrdə yalnız alıcılıq fəallığı azalır, bazarda nisbi durğunluq müşahidə olunur. Bu səbəbdən Məhərrəmlik ayı qiymət göstəricilərindən çox ticarət dövriyyəsinə və satış həcmindəki müvəqqəti azalmaya təsir edən faktor kimi qiymətləndirilə bilər".

Zərgərlik bazarında mövsümi eniş: Məhərrəmlik ayı satışlara necə təsir edir?

R.Əmircanov qeyd edib ki, Azərbaycan Zərgərlər Assosiasiyasının apardığı müşahidə və təhlillərə əsasən, ölkədə zərgərlik məhsullarının satışı əsasən toy mövsümünə bağlıdır:

"Toy və nişan mərasimlərində qızıl zinət əşyaları - xüsusilə də dəst komplektlər, qolbaq, sırğa, üzük və boyunbağı kimi məmulatlar - ənənəvi olaraq xüsusi yer tutur və bu mərasimlər satışların əsas həcmini müəyyənləşdirir.

Seçilən
13
3
publika.az

10Mənbələr