EN

"Nottingem Forest"də yeni hücumçu

İngiltərənin “Nottingem Forest” klubu hücumçu İqor Jesusu heyətinə qatıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

22 yaşlı futbolçu ilə dördillik müqavilə imzalanıb.

Peşəkar karyerasına “Koritiba”da başlayan braziliyalı 2020-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Şabab” klubuna keçmişdi. 2024-cü ildə isə o, “Botafoqo”ya transfer olunmuşdu.

Braziliya təmsilçisinin heyətində bu mövsüm 29 matçda meydana çıxan hücumçu 9 qola və 1 məhsuldar ötürməyə imza atıb. Transfermarkt portalı futbolçunun dəyərini 15 milyon avro olaraq qiymətləndirir.

Xatırladaq ki, “Nottingem Forest” 2024/25 mövsümündə Premyer Liqanı 65 xalla 7-ci pillədə başa vurub. Yeni mövsümdə komanda Avropa turnirlərində iştirak hüququ qazanmaq üçün heyətini daha da gücləndirməyə çalışır.

Chosen
28
18
90deqiqe.az

10Sources