EN

Ərdoğanın Moskva-Bakı açıqlamasına Rusiyadan cavab

Ajans.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib. Deputat, Lenta.ru-ya müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın  Rusiya ilə Azərbaycan arasındakı gərginliyə olan münasibətinə cavab olaraq fikirlərini bölüşüb.  "Prezident Ərdoğan barışığa gedən yolda böyük rol oynadı. O, həm Rusiya prezidenti Vladimir  Putini , həm də Azərbaycan Prezidenti İlham  Əliyevi öz dostları adlandırdı. Bu, Türkiyə üçün proqnozlaşdırıla bilən davranış xətti idi",- deyə Zatulin bildirib.  Millət vəkili qeyd edib ki, Azərbaycan Türkiyənin kiçik strateji tərəfdaşıdır: " Buna görə də Azərbaycanın Rusiya ilə münasibətlərinin davam etməsi vacibdir".

Zatulin onu da qeyd edib ki, həm Azərbaycan, həm də Türkiyə yəqin ki, Zəngəzur dəhlizi ilə bağlı msələni həll etmək istəyirlər.

Chosen
24
5
Ajans.az

10Sources