AZ

Hindistan “X” platformasında Reuters-in hesabını blokladı – hökumət xəbərsizdir?

Hindistanda məşhur beynəlxalq xəbər agentliyi Reuters-in sosial şəbəkə “X” (keçmiş Twitter) üzərindəki hesabı bloklanıb.

Musavat.com xəbər verir ki, bu barədə Hindistanın PTI agentliyi məlumat yayıb.

Maraqlıdır ki, Hindistan hökuməti bu bloklamaya dair son günlər heç bir qərar vermədiyini bəyan edib və sosial şəbəkə administrasiyasından izahat tələb edib. Bildirilir ki, Reuters hesabının bağlanması ilə yanaşı, mayın 7-də keçirilmiş “Sındur” əməliyyatı zamanı yüzlərlə digər hesabın bloklanması da tələb olunmuşdu.

Hazırda Hindistan rəsmiləri məsələni araşdırır və hesabın texniki səbəbdən, yoxsa əvvəlki qərarın gecikmiş icrası ilə bağlı bloklandığını müəyyənləşdirməyə çalışır. “X” platforması hələlik rəsmi açıqlama yaymayıb.

Musavat.com

Seçilən
2
50
musavat.com

10Mənbələr