«Karvan» yeni hucumçu tapıb. Premyer Liqaya qayıdan Yevlax klubu David Oliveyra Souza ilə anlaşıb. Braziliyalı forvard artıq Azərbaycandadır. 28 yaşlı ön xətt oyunçusu sabah tibbi baxışdan keçəcək və səhhətində problem aşkarlanmasa, 1 illik müqavilə imzalanacaq.
SPORTİNFO.AZ