EN

Rusiya milyarderinə dəstək aksiyasında əslində neçə nəfər iştirak edib?..-FOTO

İyulun 4-də İrəvanda “Malibu”(“Fəsillər”) kafesinə bitişik parkda axşam saat 18:00-dan etibarən bir müddətdir həbsdə olan erməni mənşəli Rusiya milyarderi Samvel Karapetyana dəstək aksiyası keçirilib.
 
Moderator.az xəbər verir ki, bu haqda “Armtimes” məlumat yayıb.
 
İşğalçı Rusiyaya bağlı revanşist dairələr aksiyada guya on minlərlə erməninin iştirak etməsi haqda təəssürat yaratmağa çalışırlar. 
 
Lakin “Məlumatlı vətəndaşlar birliyi” aerofotoqrafiya vasitəsilə aksiya iştirakçılarının dəqiq hesabını aparıb və nəticədə məlum olub ki, saat 19:03-ə yuxarıda qeyd olunan park və ona bitişik ərazilərdə cəmi 7510 nəfərə yaxın insan olub.
 
Qeyd edilir ki, bu hesablamaya ağacların altında olan insanlar daxil deyil.
 
Hesablama iştirakçıların tək-tək sayılması vasitəsilə həyata keçirilmişdir.
 
Xatlrladaq ki, “Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyan iyunun 18-də hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlar etmək ittihamı ilə iki ay müddətinə həbs edilib.
 
S.Laçın
 
Chosen
29
50
moderator.az

10Sources