AZ

İƏT-də enerji inteqrasiyası: Tacikistan vahid bazar yaratmağı təklif edir

Bakı. Trend:

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ciZirvə görüşü keçirilir. Görüşün əsas mövzularından biri enerjitəhlükəsizliyi və “yaşıl” enerjinin inkişafı olub. TacikistanPrezidenti Emoməli Rəhmon sammitdə çıxışı zamanı İƏT çərçivəsindəvahid regional enerji bazarının yaradılması təklifi ilə diqqətçəkib.

Prezident Rəhmon bildirib ki, Tacikistan təşkilata üzv ölkələrinenerji sistemlərinin birləşdirilməsinə dair layihələrin həyatakeçirilməsini dəstəkləyir. Xüsusilə Tacikistan və QırğızıstanıƏfqanıstan və Pakistanla birləşdirəcək “CASA-1000” elektrik ötürücüxəttinin əhəmiyyətini vurğulayıb və layihənin bir mərhələsinin –Qırğızıstan ilə Tacikistan arasında 500 kV-luq “Datka–Süqd”xəttinin işə salındığını qeyd edib.

“Eyni zamanda, biz İƏT çərçivəsində regional enerji bazarınınformalaşdırılmasında maraqlıyıq. Bu kontekstdə regionun enerjidayanıqlılığı strategiyasının hazırlanması çox aktual məsələdir. Bucür layihələrin həyata keçirilməsi "yaşıl" enerjinin istehsalı vəixracının artmasına, ümumilikdə isə yaşıl iqtisadiyyatın təşviqinəxidmət edəcək”, – Prezident Rəhmon qeyd edib.

Vahid enerji bazarının yaradılması İƏT ölkələri üçün stratejiaddım ola bilər. Bu ölkələrin zəngin enerji resursları mövcuddur:Azərbaycan, Türkmənistan və Qazaxıstan böyük neft və qazehtiyatlarına, Qırğızıstan və Tacikistan güclü hidroenerjipotensialına, Özbəkistan isə həm qaz, həm də günəş enerjisisahəsində inkişaf strategiyasına malikdir.

Bu prosesdə Azərbaycan xüsusi yer tutur. Azərbaycan regionlarıbirləşdirən genişmiqyaslı enerji layihələrini həyata keçirir vəregional enerji bazarının qurulması üçün infrastruktur əsasıyaradır. Ən mühüm layihələrdən biri Azərbaycanın Qazaxıstan vəÖzbəkistanla birlikdə həyata keçirdiyi Trans-Xəzər “yaşıl” enerjidəhlizidir. Bu dəhliz Xəzər – Qara dəniz – Avropa və Azərbaycan –Türkiyə – Avropa “yaşıl” marşrutları və interkonnektorları iləinteqrasiya olunmaqla, Asiyanı Avropa ilə birləşdirən Orta Dəhlizvasitəsilə bərpa olunan enerjinin genişmiqyaslı və fasiləsizötürülməsinə imkan yaradır.

“Yaşıl” enerji interkonnektorları regionun enerji sistemlərininqarşılıqlı dayanıqlılığını təmin etməklə günəş və külək enerjisininsəmərəli istifadəsinə və effektiv tədarükünə xidmət edən əsasinfrastruktur elementi rolunu oynayır.

Bundan əlavə, bu gün Azərbaycan Avropanın enerjitəhlükəsizliyinin təmin olunmasında qabaqcıl rol oynayır – ölkə həmöz enerji resurslarını ixrac edir, həm də dost ölkələrin resurslarıüçün tranzit imkanları yaradır. İƏT ölkələrindən Avropaya enerjiresurslarının ən səmərəli və cəlbedici marşrutları məhz Azərbaycanərazisindən – Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa xətti iləkeçir.

Beləliklə, Tacikistanın İƏT platformasında regional enerjibazarının yaradılması təşəbbüsü enerji təhlükəsizliyiningücləndirilməsi, “yaşıl” enerjinin ixracının artırılması, yaşıliqtisadiyyatın təşviqi və region ölkələrinin inteqrasiyasınındərinləşdirilməsi üçün yeni imkanlar açır. Azərbaycanın enerji vətranzit mərkəzi kimi iştirak etdiyi infrastruktur layihələrininbirgə icrası İƏT-in Avrasiyanın aparıcı inteqrasiya təşkilatı kimirolunu daha da artıracaq.

Məqalədə:
Seçilən
9
50
az.trend.az

10Mənbələr