EN

Rusiya Ukraynada qadağan olunmuş kimyəvi silahdan istifadə edir- Hollandiya kəşfiyyatı

Hollandiya kəşfiyyat xidmətləri Rusiya tərəfindən Ukraynada qadağan olunmuş kimyəvi silahdan kütləvi şəkildə istifadə edilməsinə dair sübutlar toplayıb.

Bu barədə iyulun 4-də Hollandiyanın Müdafiə Nazirliyi və hərbi kəşfiyyatına istinadən “Reuters” agentliyi məlumat yayıb. Hollandiyanın müdafiə naziri Ruben Brekelmans Rusiyanın kimyəvi silahdan istifadəsini intensivləşdirdiyini vurğulayıb. Onun sözlərinə görə, rusların bu cür hərəkətləri Ukraynada kimyəvi silahdan istifadənin getdikcə “normal, standart və geniş yayıldığı tendensiyanın bir hissəsidir”.

Döyüş zonasına Rusiya pilotsuz təyyarələrdən “boğucu agent” atır ki, ukraynalı əsgərlər səngərlərini tərk etsinlər ki, vurula bilsinlər, “Reuters”qeyd edir. Brekelmans vurğulayıb ki, ən azı üç ukraynalı ölümünün kimyəvi silahdan istifadə ilə əlaqəli olduğu bilinir və döyüş meydanında yaralanan 2500-dən çox insan kimyəvi silahdan qaynaqlanan simptomlar olub. Hollandiya hərbi kəşfiyyatının rəhbəri Peter Reesink qeyd edib ki, nəticələr “öz araşdırmaları” əsasında hazırlanıb. O əlavə edib ki, Ukrayna məlumatlarına görə, 9 minə yaxın kimyəvi silahdan istifadə faktı qeydə alınıb.

Reesink qadağan olunmuş xloropikrin maddəsinin ruslar tərəfindən mümkün istifadəsindən də danışıb. Eyni zamanda, Brekelmans Rusiya Federasiyasına qarşı sanksiyaların sərtləşdirilməsinə çağırıb.

//Samir Qurbanov, Editor.az

Chosen
13
34
editor.az

10Sources