AZ

Kreml Ukraynaya qarşı müharibəyə daha bir Asiya ölkəsini cəlb edir QUR

ain.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Rusiya ordusunun ciddi itkiləri və resurslarının tükənməsi fonunda Kreml Ukraynaya qarşı müharibəyə daha bir ölkəni cəlb etməyə çalışır. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (HUR) məlumat yayıb.

Kəşfiyyatın bildirdiyinə görə, Rusiya artıq Afrika və Asiya ölkələrindən çoxsaylı muzdlu döyüşçüləri və Şimali Koreya bölmələrini münaqişəyə cəlb edib. İndi isə Kreml "humanitar layihələr" adı altında Ukrayna ilə sərhəddə yerləşən Rusiya vilayətlərinə daha bir Asiya ölkəsinin daxil olmasına şərait yaradır.

QUR-un vurğuladığına görə, Rusiyanın müharibəyə cəlb etməyə çalışdığı növbəti ölkə - Laosdur.

Kəşfiyyat əlavə edib ki, hazırda Kreml Laos Xalq Ordusunun mühəndis-istehkam bölmələrinin Kursk vilayətində minalardan təmizləmə işlərinə cəlb edilməsini təşkil edir. Laosun xarici yardımlardan ciddi asılı olduğu qeyd edilir və ilkin mərhələdə bu ölkənin rəhbərliyi Rusiyaya 50-yə qədər "istehkamçı-əsgər" göndərməyə hazır olduqlarını bildirib.

Bundan əlavə, Laos Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə yaralanan işğalçı əsgərləri ödənişsiz müalicə edir. QUR bildirir:

"Rusiya humanitar ritorika ilə pərdələnərək öz ərazisində xarici hərbi kontingentin iştirakını qanuniləşdirməyə çalışır və onu Ukraynaya qarşı döyüş əməliyyatlarının təminatında istifadə edir”.

2 iyulda məlum olmuşdu ki, Şimali Koreya Ukraynaya qarşı müharibəyə 30 min əsgər göndərəcək. Peyk görüntüləri göstərib ki, Rusiya artıq Şimali Koreya hərbçilərinin ölkəyə daşınmasına başlayıb.

Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti xəbər verib ki, Pxenyan artıq iyul və ya avqustda baş tutacaq ezamiyyət üçün şəxsi heyətin seçim prosesinə start verib.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
9
qaynarinfo.az

10Mənbələr