EN

Bazarda qiymət oyunu: Kənd təsərrüfatı məhsullarının bahalaşmasının səbəbi bu imiş

Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Son aylarda Azərbaycanda kənd təsərrüfatı məhsullarının, xüsusilə də meyvə-tərəvəzin qiymətində kəskin artım müşahidə olunur.

Bazarlarda həm yerli istehsal olan mövsüm məhsulları əvvəllərlə müqayisədə daha baha qiymətə təklif edilir. Əksər hallarda bahalaşmanın səbəbi kimi iqlim dəyişikliyi, hava şəraiti və məhsuldarlığın aşağı düşməsi göstərilir.

Bəs görəsən həqiqətən də yerli meyvə-tərəvəzin baha satılmağına iqlim təsir edir? 

Məsələ ilə əlaqədar kənd təsərrüfatı üzrə tanınmış ekspert Vahid Məhərrəmov BAKU.WS-ə açıqlama verib.

O, bildirib ki, iqlim dəyişikliyi bütün ölkələrdə eləcə də bizə yaxın olan Özbəkistanda və Gürcüstanda da dəyişib, ancaq onlarda məhsulun miqdarı və keyfiyyəti artıb, bizdə isə əksinə:

"Gilasın və onun timsalında digər kənd təsərrüfatı məhsullarının baha olmağına əsas səbəb işbazlardır. Belə ki, son bir neçə ildə Azərbaycanda işbazlar peyda olub. Onlar məhsulu kəndlidən çox ucuz qiymətə alıb, soyuducu anbarlarda saxlayıb, bazarda məhsul tükənməyə başladıqda baha qiymətə satırlar". 

Ekspertbildiri ki, bu il Qubada uzun müddət yağış yağdı, amma Ağsu və Ağdaşda hava normal idi. Həmin rayonlarda yaxşı məhsul əldə olunub. Bir tərəfdə məhsul olmaması digər tərəflə kompemsasiya edib:

"Hazırda kənd təsərrüfatı məhsullarının bazarlarda baha qiymətə satılması işbazların məhsulu fermerdən ucuz qiymətə alıb, anbarda saxlamasına görədir. Əvvəllər kəndlidən məhsul alan tədarükçülər var idi. Onları sıradan çıxartdılar, daha sonra bu sahəni xüsusi anbarları olan şəxslər bu sahəni ələ aldılar".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
23
13
baku.ws

10Sources