İspaniyanın "Betis" klubu "Atletiko"nun futbolçusu Rodriqo Rikelmeni transfer edib. SİA xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi ilə 5 mövsümlük müqavilə imzalanıb.
Qeyd edək ki, "Atletiko"nun yetirməsi əsas komandada 75 oyun keçirib, 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.