Madrid “Atletiko”sunun ispaniyalı sol vingeri Rodriqo Rikelme bundan sonra “Betis”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə “Betis”in mətbuat xidməti məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi ilə 5 mövsümlük müqavilə imzalanıb. “Betis” bu transfer üçün “Atletiko”ya 8 milyon avro ödəyib.
Rodriqo Rikelme Madrid “Atletiko”sunun öz yetirməsidir. O, müxtəlif vaxtlarda icarə əsasında “Mirandes”, “Jirona”, “Bornmut” kimi klubların da formasını geyinib.
Rodriqo “Atletiko”nun əsas komandasında 75 oyun keçirib, 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
İspaniyanın U-21 yığmasında da oynamış yarımmüdafiəçi 2023-cü ilin noyabrında əsas millidə debüt edib. O, İspaniya millisində keçirdiyi 2 oyunda fərqlənə bilməyib.
“Transfermarkt” internet-portalı 25 yaşlı vingerin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.