Niko Uilyamsın Bilbao "Atletik"i ilə müqavilə uzatmasından sonra "Barselona" digər hədəflərə yönəlib.
Offsideplus.az xəbər verir ki, katalon klubunun A planı Luis Diasdır. B planı isə Markus Reşforddur.
Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
"Liverpul" L. Diası satmağı düşünmür. Ona görə də onun keçidi çətin görünür.
Reşford isə "Barselona"ya transfer olmaq üçün maaşını azaltmağa hazırdır. Onun bu yay "Mançester Yunayted"i tərk edəcəyi dəqiqdir.