“Mançester Siti” rəhbərliyi müdafiəçiləri Ruben Diaş və Riko Lyuislə yeni müqavilə imzalamağa hazırlaşır.
90deqiqe.Az-ın məlumatına görə, “şəhərlilər” hər iki futbolçunun komandada qalmasına böyük önəm verir və yaxın vaxtlarda danışıqlara başlamaq planlaşdırılır.
28 yaşlı portuqaliyalı Rübən Diaş geridə qalan mövsümdə bütün turnirlərdə 44 oyunda iştirak edib, lakin nə qol, nə də məhsuldar ötürmə ilə fərqlənməyib. 20 yaşlı ingiltərəli Riko Lyuis isə eyni sayda – 44 matçda meydana çıxaraq 2 qol və 5 assistlə yadda qalıb.
Qeyd edək ki, “Mançester Siti” 2024/25 mövsümünü Premyer Liqada üçüncü pillədə başa vurub.