"Qalatasaray"ın sabiq kapitanı və qapıçısı Fernando Muslera Argentinanın "Estudiantes" klubuna transfer edilib.

Offsideplus.az xəbər verir ki, klub uruqvaylı qapıçını azad agent olaraq heyətinə cəlb edib. Tərəflər arasında müqavilə 2026-cı ilin dekabrına qədər bağlanılıb.

Qeyd edək ki, Musleranın son klubu "Qalatasaray" olub. 2011-ci ildən "sarı-qırmızılar"ın formasını geyinən 38 yaşlı qolkiper 2025-ci ilin yayında "Cim-Bom" ilə vidalaşıb. O, bu müddət ərzində "Qalatasaray"ın heyətində 551 oyuna çıxıb, 195 matçda qapısını toxunulmaz saxlayıb.