EN

Pakistanda bina uçub, 5 nəfər ölüb

Operativ MM saytına istinadən ain.az xəbər verir.

Pakistanın Karaçi şəhərində beşmərtəbəli binanın uçması nəticəsində 5 nəfər həyatını itirib və 6 nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Pakistan mediasına istinadən xəbər verir ki, bununla bağlı şəhərin polis bölməsindən məlumat verilib.

Əlavə edilib ki, hazırda dağıntılar arasında qalanların xilasedilməsi prosesi davam etdirilir.

Binada təxminən 100 sakinin yaşadığı güman edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
50
operativmm.az

10Sources