EN

Çelsi nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər SƏBƏB

ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

"Çelsi"nin portuqaliyalı vingeri Pedru Netu klublararası dünya çempionatının 1/4 final matçında "Palmeyras"la matçda oynamaya bilər.

Fanat.Az xəbər verir ki, bu barədə ESPN-ə danışan London klubunun baş məşqçisi Entso Mareska səbəb kimi Dioqu Jotanın ölümünü göstərib:  

"Pedru çox əsəbi və üzgündür. Biz onu dəstəkləməyə çalışırıq. "Palmeyras"la oyunda iştirak sırf onun qərarıdır. Nə qərar versə, doğru hesab edəcəyik. Bu, çox kədərli bir gündür, söz tapmaqda çətinlik çəkirəm. Belə vəziyyətlərdə ən pis hiss çarəsizlikdir. Mən yalnız Dioqu Jotanın ailəsinə sevgimi və dəstəyimi ifadə edə bilərəm".

Xatırladaq ki, ötən gün Dioqu Jota və onun qardaşı Andre Silva İspaniyada avtomobil qəzasında həlak olublar. Qəza iyulun 3-də gecə saat 00:30 radələrində baş verib. Qəzaya səbəb portuqaliyalı futbolçunun "Lamborghini"sinin başqa avtomobili ötərkən təkərinin deşilməsi olub.

Klublararası dünya çempionatının 1/4 final mərhələsində "Çelsi" ilə "Palmeyras" arasında baş tutacaq görüş bu gecə, Bakı vaxtı ilə saat 05:00-da baş tutacaq.

Mirağa

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
33
50
fanat.az

10Sources