Klublararası dünya çempionatının 1/4 final mərhələsində “Fluminense” (Braziliya) ilə “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, ABŞ-ın Orlando şəhərindəki “Camping World” stadionunda baş tutan qarşılaşma Cənubi Amerika təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşü niderlandlı baş hakim Danniy Makkeili idarə edib.
Matçın 40-cı dəqiqəsində Martinelli “Fluminense”ni önə keçirib. 51-ci dəqiqədə Markos Leonardo “Əl-Hilal”ın hesabda tarazlıq yaratmasına nail olub. Ancaq braziliyalılar qələbə qolunu da vurmağa müvəffəq olublar – 70-ci dəqiqədə fərqlənən Erkules Pereira du Nasimentu komandasını yarımfinala daşıyıb.
“Fluminense” yarımfinalda “Palmeyras” (Braziliya) – “Çelsi” (İngiltərə) cütünün qalibi ilə qarşılaşacaq.