
Nüfuzlu “Goal.com” portalı 1/4 final mərhələsi ərəfəsində Klublararası Dünya Çempionatının favoritlərini təqdim edib.
Yeniavaz.com xəbər verir ki, siyahıya görə, finalda Fransa çempionu, Çempionlar Liqasının qalibi PSJ və İspaniyanın vitse-çempionu “Real Madrid” qarşılaşacaq.
Siyahını təqdim edirik:
1. PSJ (Fransa);
2. “Real Madrid” (İspaniya);
3. “Çelsi” (İngiltərə);
4. “Fluminense” (Braziliya);
5. “Bavariya” (Almaniya);
6. “Əl-Hilal” (Səudiyyə Ərəbistanı);
7. “Palmeyras” (Braziliya);
8. “Borussiya Dortmund” (Almaniya).