EN

"Elektron məhkəmə" informasiya sistemi ilə bağlı 4,3 milyon manatlıq müqavilə imzalandı

BAKI, 4 iyul. TELEQRAF

Məhkəmə-Hüquq Şurası "Elektron məhkəmə" informasiya sistemi ilə bağlı “Bestcomp Group” QSC ilə 4,3 milyon manatlıq müqavilə imzalayıb.

Teleqraf xəbər verir ki, müqavilə çərçivəsində "Elektron məhkəmə" informasiya sisteminin fəaliyyətini təmin edən və birinci instansiya məhkəmələrinin istismarında olan texniki-texnoloji infrastrukturunun saxlanması və inkişafı, habelə ona texniki dəstəyin göstərilməsi nəzərdə tutulur.

Müqavilənin dəyəri 4 milyon 309 min 693 manatdır. İşlərə iyunun 25-də başlanıb, dekabrın 31-də isə bitiriləcək.

Qeyd edək ki, ötən ilin fevral ayında Ədliyyə Nazirliyi də “Bestcom Group” MMC ilə 4 milyon 346 min 625 manatlıq müqavilə bağlamışdı.

Chosen
34
4
teleqraf.com

4Sources