EN

Jotanın nakam eşq hekayəsi: Xanımı ilə necə tanış olmuşdu?

Bildiyiniz kimi, "Liverpul"un futbolçusu Dioqo Jota avtomobil qəzasında həlak olub. Bu faciə onun sevdiyi qızla, uzun illərdir birlikdə olduğu Rute Kardozo ilə evlənməsindən cəmi 10 gün sonra baş verib. Toy iyunun 22-də Portuqaliyada keçirilmişdi. Jotanın son paylaşımı da məhz bu mərasimdən olmuşdu. "Bəli, əbədi olaraq" sözləri ilə müşayiət olunan toy fotosu.

Dioqo və Rute məktəb illərindən bir yerdə idilər. Onlar Portuqaliyanın Qondomar şəhərində oxuyurdular. Jota həmin şəhərin akademiyasında çıxış edirdi.

"Dioqo Qondomarda əvvəldən oxuyurdu, mən isə Jovinadan gəlmişdim. Çox oxumasa da, yaxşı qiymətlər alırdı. İmtahanlara ancaq iki gün qalmış hazırlaşmağa başlayırdı", – deyə Rute həmin illəri xatırlayırdı.

16 yaşında Dioqo əyalət klubu olan "Qondomarı" tərk edib daha iddialı "Paçuş de Ferreyra"ya keçmişdi. Bu ayrılıq münasibətlərə təsir etməmişdi. Çünk Qondomardan Paçuşa cəmi 30 dəqiqəlik yol vardı. Onlar mütəmadi görüşür, Rute isə matçlara gedirdi.

2016-cı ildə yeni mərhələ başladı. İspaniya nəhəngi "Atletiko" 19 yaşlı Jotanı transfer etdi. Onlar artıq birlikdə yaşamağa hazırlaşırdı. Rute Madriddəki yeni həyata alışmaq istəsə də, təhsilə də davam etməyi düşünürdü. Portuqaliyada universitetə qəbul olub akademik məzuniyyət götürərək sonra davam etməyi planlaşdırırdı.

Amma "Atletiko" Jotanı "Porto"ya icarəyə göndərdi və cütlük birlikdə yaşamağa başladı. Rute isə universitetə qəbul olub menecment sahəsində diplom aldı.

2017-ci ilin yayında Jota "Vulverhemptona" icarəyə verildi və cütlük İngiltərəyə köçdü. Havanın sərtliyi onları qorxutmurdu. Yanında sevdiyi insan olanda, soyuq əhəmiyyətli deyildi.

Chosen
5
11
publika.az

10Sources