EN

Azərbaycanda notbuk istehsalı 62%-dək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-may aylarında Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 100,3 milyon manat təşkil edib.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 7,8% azalıb, elektrik avadanlıqlarının istehsalı isə 3,6% artıb.

Yanvar-aprel aylarında 1 427 ədəd notbuk (61,6% çox), 1 695 ədəd stolüstü kompüter, 218,9 min ədəd ölçmə cihazları, 194 ədəd güc transformatorları, 452 ədəd məişət soyuducuları və dondurucuları istehsal edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
2
29
banco.az

10Sources