Banco.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-may aylarında Azərbaycana 59 milyon 130 min ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.
Banco.az xəbər verir ki, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri 2024-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 5 milyon 394 min dollar və ya 10% artıb.
2024-cü ilin yanvar-may aylarında ölkəyə 53 milyon 736 min dollar dəyərində mebel məhsulları idxal olunub.
Qeyd edək ki, ötən ay 5 ayda kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0,59% bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.