AZ

Azərbaycanın mebel idxalına çəkdiyi xərc 10% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-may aylarında Azərbaycana 59 milyon 130 min ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.

Banco.az xəbər verir ki, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri 2024-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 5 milyon 394 min dollar və ya 10% artıb.

2024-cü ilin yanvar-may aylarında ölkəyə 53 milyon 736 min dollar dəyərində mebel məhsulları idxal olunub.

Qeyd edək ki, ötən ay 5 ayda kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0,59% bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
2
19
banco.az

10Mənbələr