EN

SXA daha 175 məhkumla bağlı qiymətləndirmə aparıb

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 4 iyul, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) əməkdaşları daha 8 cəzaçəkmə müəssisəsində cəza çəkməkdən azad edilməsinə üç ay qalmış məhkumlarla görüşlər keçirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Ədliyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Penitensiar xidmətin 7, 14 və 15 saylı cəzaçəkmə müəssisələrində, Şəki və Qobustan penitensiar müəssisələrində, həmçinin Bakı, 2 və 3 saylı istintaq təcridxanalarında təşkil olunan görüşlərdə agentliyin fəaliyyət sahələri barədə məlumat verilib.

Habelə cəza çəkməkdən azad olan şəxslərin sosial reabilitasiyası və adaptasiyası tədbirləri diqqətə çatdırılıb. Həmin şəxslərin ailələrinə səfərlərin təşkil edildiyi, onlarla aparılan qiymətləndirmənin nəticəsindən asılı olaraq müvafiq xidmətlərə cəlb edildikləri bildirilib, məhkumları maraqlandıran suallar cavablandırılıb.

Həmin cəzaçəkmə müəssisələrində cəzasının başa çatmasına üç ay qalmış 175 nəfər məhkumla əlaqəli məlumatlar toplanıb və qiymətləndirmə həyata keçirilib. Həmin şəxslər azadlığa çıxdıqdan sonra onların sosial-psixoloji yardım xidmətinə cəlb edilməsi nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
10
29
azertag.az

10Sources