Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bu gün “Konkret.az” saytının redaktoru Sevinc Paşayeva maraqlı paylaşımı ilə diqqət çəkib.
“Cebheinfo.az” xəbər verir ki, o, bəzi xanımları təndiq edib.
Redaktor ictimai nəqliyyatda kişilərin yer verdiyi qadınların təşəkkür etməməsini qınayıb:
“Metroda, avtobusda, qatarda kişilərin nəzakətlə yer verdiyi qadınlar! Oturub yerinizi rahatlamazdan əvvəl qarşı tərəfə heç olmasa quru “çox sağ ol”la minnətdarlıq etmək qabiliyyətiniz olsun!
Elə əda göstərirsiniz ki, elə bil xalxın əri, oğlu, qardaşı borcludur sizə. Evdəkilərə qarşı kin-küdurətinizi ictimai yerlərdə büruzə verməyin! Üz-gözünüzdəki zəhrimarla kişiləri alicənablığına peşman etməyin! Heç kəsin sizə borcu yoxdur. Xüsusilə yad adamların. Qanunlar da cəmiyyətdə hər iki cinsi bərabərhüquqlu tanıyır”.
Elmir Mustafa
“Cebheinfo.az”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.