Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Naxçıvanda məktəb direktoru faciəvi şəkildə ölüb.
Hadisə Ordubad rayonunun Nürgüt kəndində baş verib.
Bu gün səhər saatlarında ot sahəsinə gedərkən Kəlbəcər rayonunun Susuzluq kənd sakini, 1985-ci il təvəllüdlü Yusibov Adim Adıgözəl oğlu yük avtomobilinin altında qalıb. Təcili-tibbi yardım avtomobili ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 2013-cü ildən Nürgüt kəndində yaşayan A.Yusibov Ələhi kənd orta məktəbinin direktoru vəzifəsində çalışıb.
A.Yusibov AZAL-ın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarəsinin mərhum bələdçisi, Milli Qəhrəman Hökumə Əliyevanın bibisi oğludur.
"Cebheinfo.az"
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.